Azərbaycan iqtisadiyyatının sürətli inkişafı yerli və əcnəbi vətəndaşlar tərəfindən şirkətlərin qeydiyyatına tələbat yaradıb. Strateji iqtisadi inkişaf kursu sayəsində Azərbaycan MDB məkanı (Rusiya, Qazaxıstan, Belarusiya, Ukrayna və s.), Avropa və Yaxın Şərq regionu ölkələrindən olan sahibkarlar üçün etibarlı ticarət tərəfdaşına çevrilmişdir. Ölkələr arasında əməkdaşlıqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar artır, ölkədə yeni şirkətlər, nümayəndəliklər qeydiyyata alınır.
Həyata keçirilən layihələr biznes sahələrinin geniş geniş çərçivədə əhatə edir: bu, nəqliyyat və logistika, xidmət, ticarət, kafe, restoran, kənd təsərrüfatı, neft-kimya sənayesi, təmir-tikinti, brend təmsilçiliyi, startaplar və digər sahələrdir.
Şirkətimiz biznesin aparılmasını asanlaşdırmaq, biznes qurmaq və ya şirkətlərlə əməkdaşlıq etmək istəyən yerli vətəndaşlar, qeyri-rezidentlər və xarici vətəndaşlar üçün xidmətlərin əhatə dairəsini genişləndirir. Həyatın bütün sahələrində müşahidə edilən elektron rəqəmsal qeydiyyat sistemləri sayəsində ölkədə hüquqi şəxslərin qeydiyyatı da ildən-ilə asanlaşır. Ölkədə bütün sənədlər dövlət orqanlarında qeydiyyatdan keçir, bu, bütün sənədlərin Azərbaycan dilində düzgün hazırlanmasını tələb edir (istənilərsə, lazımi dilə tərcümə oluna bilər).
FINCON səmərəli biznes üçün bank hesabının açılması, mühasibat uçotu, əməliyyatlara dəstək və digər xidmətlər daxil olmaqla şirkətin qeydiyyatı xidmətlərini təklif edir.
Qeydiyyatdan keçə bilərsiniz:
- Şirkət (MMC, ASC, QSC)
- Filial, xarici şirkətin nümayəndəliyi;
- Fərdi sahibkarlıq fəaliyyəti;
1. Həm fiziki, həm də hüquqi şəxslər şirkəti qeydiyyatdan keçirə bilərlər
2. Nizamnamə kapitalının miqdarına dair tələblər yoxdur
3. İnvestisiya məbləğinə dair tələblər yoxdur
4. Direktorun Azərbaycan vətəndaşı olması tələb olunmur
5. İşçilərin Azərbaycan vətəndaşı olması tələb olunmur
6. Azərbaycan vətəndaşları arasından səhmdar tələb olunmur
7. Sahibkarlar üçün vergilər 2%-dən başlayır
8. Azərbaycanda müvəqqəti yaşamaq icazəsinin alınması (mütəxəssislərimizlə dəqiqləşdirin)
1. Şirkətin direktoru üçün ASAN İmza (mobil imza) almaqda;
2. Şirkət üçün möhür almaqda;
3. Seçilmiş fəaliyyət növü üçün əlverişli olan banklardan birində bank hesabı açmaqda kömək edəcəyik.
1. Təsisçinin şəxsiyyət vəsiqəsi. Xarici dövlətin vətəndaşısınızsa, pasportunuzun surəti və ya notarial qaydada təsdiq edilmiş etibarnamə.
2. Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsi
Kommersiya hüquqi şəxsin/fiziki şəxsin qeydiyyatı Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AZƏRBAYCAN Respublikasının qanununa əsasən tənzimlənir. Azərbaycan Respublikasında həm AR vətəndaşlar, həm də Azərbaycan vətəndaşlığı olmayan əcnəbilər və ya xarici hüquqi şəxslər burada müəssisə yarada bilər. Həmçinin xarici hüquqi şəxslər AR-da nümayəndəlik yaxud filial açaraq AR Vergilər Məcəlləsi ilə tənzimlənən qanunlar əsasında fəaliyyət göstərə bilərlər.
Biz ən qısa zamanda qeydiyyata müraciət etmək üçün lazım olan bütün sənədləri hazırlayacaq və sizə ixrac və idxal, investisiyalar, biznesin alınması, daşınmaz əmlaka investisiya və digər sahələr də daxil olmaqla, ortaya çıxan bütün məsələlər üzrə dəstək verəcəyik.
Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:
Tel / WhatsApp: +994 77 345 01 50
Email: info@fincon.az
FINCON - Sizin güvənli tərəfdaşınız
Şirkətimiz investisiya obyektinin tapılmasında, yaxud mövcud biznesiniz üçün investor tapmaqda məsləhət xidmətləri və geniş əməkdaşlıq imkanları təklif edir. İstər Azərbaycan vətəndaşı, istərsə də digər ölkə...
Son illər Azərbaycana müvəqqəti və ya daimi yaşamaq üçün gələn xarici vətəndaşların sayı artmaqdadır. Yaşayış hüququ almaq üçün bütün sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müəyyən etdiyi...
Şirkət rəhbərləri adətən təcrübəli maliyyə mütəxəssisinə ehtiyacla üzləşir. İstər böyük müəssisə, istərsə də fəaliyyətdə olan kiçik mağaza sahibləri mühasibat uçotu aparmalıdır. FINCON sizin şirkətinizin pul...