Due Diligence xidmətləri və biznesə hüquqi dəstək | FINCON Konsaltinq

+994 77 345 01 50

info@fincon.az

BİZNES ƏMƏLİYYATLARINA DƏSTƏK

Ana səhifə  >>  Xidmətlər

DUE DILIGENCE VƏ ƏMƏLIYYATLARA DƏSTƏK

 

DUE DILIGENCE XİDMƏTİ

 

Müqavilə və ya investisiya öncəsi biznesin hərtərəfli təhlili
FINCON şirkəti Azərbaycanda peşəkar Due Diligence (dərin hüquqi və maliyyə təhlil) xidmətlərini təqdim edir. Bu xidmət biznesin alqı-satqısı, investisiyaların cəlb olunması, birləşmə və ya digər strateji qərarlar öncəsi risklərin qiymətləndirilməsi və qərarların əsaslandırılması üçün həyata keçirilir.


FINCON tərəfindən təqdim olunan Due Diligence xidmətinə daxildir:

• Maliyyə auditi – hesabatların, borcların, vergi öhdəliklərinin və likvidliyin təhlili
• Hüquqi yoxlama – təsis sənədlərinin, müqavilələrin, əmlak hüquqlarının və məhkəmə risklərinin qiymətləndirilməsi
• Biznes risklərinin analizi – gizli problemlərin, zəif tərəflərin və potensial təhlükələrin aşkarlanması
• Korporativ strukturun təhlili – benefisiarların, törəmə şirkətlərin və sahibliyin yoxlanılması
• Bazar mövqeyinin qiymətləndirilməsi – rəqabət mühiti və inkişaf potensialının araşdırılması
• Uyğunluğun yoxlanılması (compliance) – qanunvericiliyə, o cümlədən AML/CFT və antikorrupsiya tələblərinə riayət səviyyəsinin qiymətləndirilməsi

 

Due Diligence hansı hallarda vacibdir:
• Şirkət alışı və ya satışı zamanı
• İnvestorların cəlb olunması və ya ortaq axtarışı
• Birləşmə və satınalma prosesləri (M&A)
• Biznesin restrukturizasiyası zamanı
• Tərəfdaşların və ya podratçıların dəyərləndirilməsi


Niyə məhz FINCON:
• Yerli və beynəlxalq hüquq və maliyyə sahəsində dərin bilik və təcrübə
• Tam məxfilik və kompleks yanaşma
• Aydın və strukturlaşdırılmış hesabatlar
• Risklərin azaldılması və əməliyyatların optimallaşdırılması üzrə məsləhətlər

 

BİZNES ƏMƏLIYYATLARINA DƏSTƏK

 

Əməliyyatların dəstəklənməsi zərurəti işgüzar tərəfdaşların maraqlarını təmsil edən müqavilələrin tərtibi və bağlanması, biznesin aparılması, malların alınması, biznes və ya daşınmaz əmlakın alqı-satqısı və bir sıra əlavə xidmətlərin göstərilməsi zamanı yaranır.

 

FINCON komandası şirkətlərə və fiziki şəxslərə müqavilələrin bağlanmasında, o cümlədən bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməsində köməklik göstərir: malların tədarükü, əməkdaşlıq müqaviləsi, daşınmaz əmlakın alqı-satqısı, yerli və ya beynəlxalq müqavilələr və s.

 

Partnyorlar və ya əməliyyat tərəfləri arasında təhlükəsiz əməkdaşlığı təmin etmək üçün əməliyyatın etibarlılığını və qanuniliyini təmin edən hüquqi dəstək təklif edirik.

 

TƏKLIF OLUNAN XIDMƏTLƏR:

 

• Sənədlərin hazırlanması: alqı-satqı, icarə, əməkdaşlıq müqavilələri

• Yeni biznesə başlamaq üçün sənədlər paketinin hazırlanması

• Əməliyyatın maliyyə, iqtisadi və hüquqi təhlili

• İnvestisiya əməliyyatlarının dəstəklənməsi

• Maliyyə cəlb etmək üçün əməliyyatların dəstəklənməsi

• Biznesdə payların satışı zamanı əməliyyat dəstəyi

• Müqavilənin və öhdəliklərin yerinə yetirilməsinə nəzarət: ödənişlər, göndərişlə

• Aktivin qiymətləndirilməsi

• Audit 

 

Bizim ilə əlaqə saxlayın, biz sizin üçün fərdi Due Diligence təklifini hazırlayaq.

Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:

Tel / WhatsApp: +994 77 345 01 50
Email:      info@fincon.az

FINCON - Sizin güvənli tərəfdaşınız

ƏLAQƏLİ XİDMƏTLƏR

MÜHASİBAT UÇOTU VƏ 1C

Şirkət rəhbərləri adətən təcrübəli maliyyə mütəxəssisinə ehtiyacla üzləşir. İstər böyük müəssisə, istərsə də fəaliyyətdə olan kiçik mağaza sahibləri mühasibat uçotu aparmalıdır. FINCON sizin şirkətinizin pul...

ŞİRKƏTLƏRİN QEYDİYYATI

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkə vətəndaşları və əcnəbi vətəndaşlar tərəfindən şirkətlərin qeydiyyatına tələbat yaradıb. Strateji iqtisadi inkişaf kursu sayəsində Azərbaycan MDB məkanı (Rusiya,...

AUDİT

FINCON-dan audit xidməti sifariş etməklə siz səhvləri və qeyri-dəqiqlikləri vaxtında aşkarlaya, həmçinin biznesinizdə mövcud maliyyə vəziyyəti haqqında tam hesabat ala biləcəksiniz. Şirkətinizin açıq və şəffaf auditi...