Aktivlərin qiymətləndirilməsi | FINCON Konsaltinq

+994 77 345 01 50

info@fincon.az

AKTİVİN QİYMƏTLƏNDİRİLMƏSİ

Ana səhifə  >>  Xidmətlər

Aktivlərin qiymətləndirilməsi

 

Biz Azərbaycanda sahibkarlar, şirkətlər və investorlar üçün biznesin və onun aktivlərinin peşəkar qiymətləndirilməsi sahəsində ixtisaslaşmışıq. Əsas məqsədimiz — müəssisənin ölçüsündən və hüquqi formasından asılı olmayaraq, onun obyektiv bazar dəyərinin müəyyən edilməsidir.

 

Biz maddi və qeyri-maddi aktivlərin - avadanlıq, texnika, ehtiyatlar, əqli mülkiyyət, brend dəyəri, nizamnamə kapitalında paylar, maliyyə alətləri və digər biznes komponentlərinin qiymətləndirilməsini həyata keçiririk. Xidmətlərimiz biznesin satışı, investisiya cəlb edilməsi, birləşmə və satınalmalar, audit, yenidənqurma və korporativ mübahisələr zamanı zəruri olur.

 

Əgər daşınmaz əmlak biznes strukturuna daxildirsə, onun da qiymətləndirilməsi aparılır. Mütəxəssislərimiz yüksək ixtisas və qiymətləndirmə sahəsində geniş təcrübəyə malikdirlər ki, bu da təqdim etdiyimiz hesabatların dəqiqliyini, şəffaflığını və hüquqi qüvvəsini təmin edir.

 

Aktivlərin qiymətləndirilməsi:

 

 Biznesin qiymətləndirilməsi 

 Maddi aktivlərin qiymətləndirilməsi 

 Qeyri-maddi aktivlərin qiymətləndirilməsi

 Maliyyə aktivlərinin qiymətləndirilməsi

 Daşınan əmlakın qiymətləndirilməsi

 Daşınmaz əmlakın qiymətləndirilməsi

 

Aşağıdakı hallarda biznesin qiymətləndirilməsi tələb oluna bilər:

 

 Obyektin tam və ya qismən alqı-satqısı;

 Biznesin alınması və ya satışı;

 Şirkətdə və ya obyektdə payların bölünməsi;

 İnvestisiyaların cəlb edilməsinin əsaslandırılması;

 Şirkətin yenidən qurulması zamanı (ləğvi, birləşməsi, alınması);

 İddia vermək və ya məhkəmə qərarından şikayət etmək

 Nizamnamə kapitalına əlavə yatırım etmək;

 

Ekspert rəyinin hazırlanması

 

 Mövzunu öyrənmək və tapşırığı razılaşdırmaq. Qiymətləndirmə obyekti məlumatları (bütün aktivlər üzrə) daxil olmaqla, tapşırığın hərtərəfli aydınlaşdırılması;

 Maliyyə hesabatı daxil olmaqla məlumatların hazırlanması və sənədlərin toplanması;

 Məlumatların təhlili. Qiymətləndirmə mütəxəssisi obyekti və biznes sahəsini araşdırır, maliyyə, təşkilati və texnoloji təhlillər aparır;

 Biznesin və ya obyektin qiymətləndirməsi;

 Yekun hesabatın hazırlanması

 

Xidmətlərin dəyəri maliyyə hesabatlarını və əsas vəsaitləri təhlil etdikdən sonra mütəxəssisimiz tərəfindən müəyyən edilir. Qiymətləndirmənin mürəkkəbliyindən və məqsədlərindən asılı olaraq, hesabatın hazırlanması qiymətləndirmə obyektinin bütün sənədlərinin alındığı tarixdən 20 iş gününə qədər davam edə bilər.

Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:

Tel / WhatsApp: +994 77 345 01 50
Email:      info@fincon.az

FINCON - Sizin güvənli tərəfdaşınız

ƏLAQƏLİ XİDMƏTLƏR

ŞİRKƏTLƏRİN QEYDİYYATI

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkə vətəndaşları və əcnəbi vətəndaşlar tərəfindən şirkətlərin qeydiyyatına tələbat yaradıb. Strateji iqtisadi inkişaf kursu sayəsində Azərbaycan MDB məkanı (Rusiya,...

MÜHASİBAT UÇOTU VƏ 1C

Şirkət rəhbərləri adətən təcrübəli maliyyə mütəxəssisinə ehtiyacla üzləşir. İstər böyük müəssisə, istərsə də fəaliyyətdə olan kiçik mağaza sahibləri mühasibat uçotu aparmalıdır. FINCON sizin şirkətinizin pul...

AUDİT

FINCON-dan audit xidməti sifariş etməklə siz səhvləri və qeyri-dəqiqlikləri vaxtında aşkarlaya, həmçinin biznesinizdə mövcud maliyyə vəziyyəti haqqında tam hesabat ala biləcəksiniz. Şirkətinizin açıq və şəffaf auditi...