Tel / WhatsApp: +994 77 345 01 50

info@fincon.az

DAŞINMAZ ƏMLAKIN ALIŞI

Ana səhifə  >>  Xidmətlər

Daşınmaz əmlakın alınması - sərfəli investisiya

 

İqtisadiyyatın inkişafı və ölkənin cəlbediciliyi daşınmaz əmlak sahəsində investisiya mühitinə müsbət təsir göstərir. Premium daşınmaz əmlak bazarı hər il dinamik şəkildə inkişaf edərək, investorları Azərbaycanda yaşayış və kommersiya əmlakına cəlb edir.

 

Azərbaycan daşınmaz əmlakın əldə edilməsi üçün əlverişli ölkədir. İstər şəxsi istifadə üçün, istərsə də sərmayə kimi daşınmaz əmlak sahibi olmaq istəyirsinizsə FINCON öz xidmətlərini təqdim edir, həmçinin uyğun əmlak axtarışı və əməliyyatın hüquqi dəstəyini təklif edir.

 

Azərbaycanın cəlbediciliyi ildən-ilə artmaqdadır. Rusiya, İran, Türkiyə, Avropa İttifaqı və regionun digər dövlətləri ilə mehriban qonşuluq və işgüzar münasibətləri ölkədə davamlı biznesin aparılması üçün inam mühiti yaradır. Şəhərlərin abadlaşdırılmasına, turizmin inkişafına, ölkə sakinlərinin rifahının yaxşılaşdırılmasına, sabit iqtisadiyyata və təbii sərvətlərdən əldə olunan gəlirlərə qoyulan əhəmiyyətli investisiyalar qarşıdakı onilliklərdə ölkənin inkişafını təmin edir. Ölkədə yaşayış və yay-qış istirahəti üçün gözəl şərait yaradılıb. Daim genişlənən nəqliyyat şəbəkəsi, keyfiyyətli və işıqlı yollar şəhərlər arasında rahat gediş-gəlişi təmin edir.

 

Azərbaycanın böyük şəhərlərində müasir premium tipli yaşayış komplekslərinin tikintisində artım müşahidə olunur. Ölkədə Xəzərsahili regionlara sərmayələrin cəlb olunması davamlı olaraq artmaqdadır - bunlar yay mövsümündə istirahət üçün mənzillər, otellər və villalardır. Qış aylarında yüksək dağlıq ərazilərdə turistlərin maraq göstərdiyi dağ-xizək istirahəti məşhurlaşır.

 

İnvestorlar Bakı, Gəncə, Qəbələ, Quba, Mingəçevir, Lənkəran və Abşeron yarımadasının çimərlik zonasında daşınmaz əmlak almağa maraq göstərirlər. Evlərin, kottec və ya mini otellərin olması sahiblərinə qazanc gətirir, xüsusən yay aylarında heyrətamiz təbiətə malik bölgələrdə və böyük şəhərlərdə mövcud olan şəraitli yaşayış komplekslərində mənzillərin kirayəsi sərfəli investisiyadır. Əlavə edək ki, daşınmaz əmlakın alınması əcnəbi vətəndaşlara Azərbaycan ərazisində yaşamaq icazəsi almaq hüququ verir (evin dəyəri 100.000 AZN-dən çox olarsa).

 

İnvestisiya üçün tövsiyə olunan daşınmaz əmlak növləri

 

Tam infrastrukturu olan daşınmaz əmlak investorları cəlb edir: kommersiya əmlakı, anbarlar, ofis binaları, otel və otel otaqları, kottec tipli evlər, elit komplekslərdəki mənzillər.

 

Abşeron yarımadasının çimərlikləri sahillərində son illər sürətli inkişaf müşahidə olunur. Çimərlik tətili üçün populyar hesab edilən Xəzər zonasının aktiv inkişafı mövcuddur - bunlar yalnız istirahət üçün deyil, həm də yaşayış üçün əlverişli premium tipli villalar, kotteclər, mənzillər və taunxauslardır.

 

Daşınmaz əmlaka investisiya qoyuluşu:

 

 İcarəyə vermək məqsədi ilə daşınmaz əmlakın alınması;

 Dəyəri artan obyektlərə investisiyalar. Bu tip daşınmaz əmlakı layihə və ya tikinti mərhələsində almaq sərfəlidir;

 Yay-qış iqamətgahları - istər kottec, istərsə də otel otağı olsun, siz tətil zamanı istədiyiniz zaman dincələ, digər vaxtlarda isə icarəyə verə bilərsiniz;

 Kommersiya daşınmaz əmlakı

 

Seçdiyiniz daşınmaz əmlak növündən aslı olmayaraq, FINCON maliyyə maraqlarınızı nəzərə alaraq investisiya yatırımının həyata keçirilməsində sizə kömək edəcək.

 

Xarici vətəndaşlara daşınmaz əmlak sahibi olmaqda icazə şərtləri:

 

Torpaq sahəsi istisna olmaqla, əcnəbilər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olmaqla daşınmaz əmlak ala bilər. Əgər siz başqa dövlətin vətəndaşısınızsa, kottec, mənzil, villa və ya kommersiya obyekti ala bilərsiniz. Alqı-satqıdan sonra mülkiyətçi sərbəst şəkildə sərəncam verə bilər. Mövcud qanunvericiliyə görə, digər ölkə vətəndaşları əmlakı icarəyə verə bilər və ya sata bilər. Həmçinin əcnəbilər Azərbaycan ərazisində şirkət qeydiyyatdan keçirərək daşınmaz əmlakı həmin şirkətin adına ala bilərlər.

 

FINCON aşağıdakı xidmətləri təklif edir:

 

 Daşınmaz əmlak axtarışı

Əməliyyat dəstəyi

 Alqı-satqının müqaviləsinin bağlanması

 Alqı-satqıdan əvvəl və sonrakı xidmət

 Ehtiyac olduğu halda: şirkətin qeydiyyatı, mühasibat uçotu

Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:

Tel / WhatsApp: +994 77 345 01 50
Email:      info@fincon.az

FINCON - Sizin güvənli tərəfdaşınız

ƏLAQƏLİ XİDMƏTLƏR

BİZNES ƏMƏLİYYATLARINA DƏSTƏK

Əməliyyatların dəstəklənməsi zərurəti əməkdaşlıq edən tərəflərin və ya işgüzar tərəfdaşların maraqlarını təmsil edən müqavilələrin tərtibi və bağlanması zamanı, biznesin aparılması, malların alınması, biznes...

BİZNESİN SATIŞI VƏ ALIŞI

Azərbaycanda iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etməkdədir. Bura turizm, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, yaşıl iqtisadiyyt, nəqliyyat və logistika, neft-qaz, kimya sənayesi, reklam, xidmət...

YAŞAYIŞ İCAZƏSİ (AZƏRBAYCAN)

Son illər Azərbaycana müvəqqəti və ya daimi yaşamaq üçün gələn xarici vətəndaşların sayı artmaqdadır. Yaşayış hüququ almaq üçün bütün sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müəyyən etdiyi...